309
19:51
06 İyul 2019

Azərbaycanda internetlə bağlı problem qeydə alınmayıb - RƏSMİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda internetin işində problemin yaranması barədə bəzi xəbər saytlarında dərc olunmuş məlumatlara aydınlıq gətirib.
Nazirlikdən APA -ya verilən məlumata görə, ölkədə internetin fasilələrlə verilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün hesab olunmur.
Müvafiq xəbər saytlarına belə hallara qarşı daha diqqətlə yanaşmaq tövsiyə olunur.