272
18:35
05 İyul 2019

Gəncədə qanunsuz ət kəsilməsi aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə regional bölməsi şəhərin Natəvan qəsəbəsində qanunsuz ət kəsiminə qarşı reyd keçirib.

Agentlikdən Lent.az -a bildirilib ki, reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan əti aşkar edilib. Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib.

Qanunsuz fəaliyyət göstərən məntəqələrin fəaliyyəti məhdudlaşdırılıb və heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan ləvazimatlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən götürülüb. Eyni zamanda, sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə edilməsi tövsiyə olunub.