474
14:30
05 İyul 2019

Halsızlığın əsas SƏBƏBLƏRİ: professor AÇIQLADI

“Vitamin D əksikliyi yorğunluğun əsas səbəblərindən biridir”.
Bu sözləri Lent.az -a açıqlamasında professor, tibbi ekspert Adil Qeybulla deyib.
O bildirib ki, həmçinin havaların isti keçməsi və dəyişkənliyi də yorğunluğa səbəb ola bilər:
“Ümumilikdə, son vaxtlar insanların immun sistemində zəifləmələr artır, çünki qidalanmamız keyfiyyətli deyil. Bunu inkar etmək olmaz və bilməliyik ki, bizim orqanizmimiz qidalanmanın hesabına yenidən qurulur.
Həmçinin çox təəssüf ki, biz ancaq xəstələnən zaman müayinədən keçirik. Heç olmasa, ildə bir dəfə insanlar qanlarının ümumi analizini, vitamin D-ni yoxlatmalı və təmiz müayinədən keçməlidirlər”.
A.Qeybulla son olaraq əlavə edib ki, insanlar halsızlıq və zəifliklərinin qarşısını almaq üçün hazırki mövsümi meyvələrdən maksimum istifadə etməlidirlər.