212
12:59
05 İyul 2019

Sabah hava necə olacaq?

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli HidrometeorologiyaDepartamentindən Lent.az -a bildirilib ki, iyulun 6-da Bakıda və Abşeron yarımadasındahava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Arabirgüclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 27-31,Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşamadoğru bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz17-22 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti isə belədir:

Şimal və cənub çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dənizsuyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan,Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.