150
12:20
05 İyul 2019

® Azərbaycan reklam bazarında ilk

Azərbaycan reklam bazarında İLK: Digital dünyanın ən yeni trendi Native reklam formatları Adviad platformasında!
“Native” reklam marketinqdə, eləcə də digital dünyada son bir neçə ilin ən sürətlə yüksələn trendlərdən biridir. Statistikalar göstərir ki, ənənəvi reklamlarla müqayisədə “native” reklamlar 52% daha effektiv və satışayönümlüdür. Bəs “native” reklam nədir?
Digital reklamların və kontent marketinqinin sürətli inkişafı daha effektiv reklam formatının yaranmasına gətirib çıxardı. Belə ki, ənənəvi reklam formatlarından fərqli olaraq, “native” reklamlarda müştəri öz istədiyi məhsulu istehlak edərkən reklam verən markanın mesajını görür və məhsula buradan yönləndirilir. Məsələn, sosial şəbəkələrdə video izləyərkən çıxan reklam mətnləri, videolar və ya məqalələrin ortasında qarşılaşdığımız reklamlar nümunə kimi göstərilə bilər. Bu reklamlar yerləşdirildiyi məzmunla uzlaşdığı və əlaqəli olduğu üçün daha təbii (native) görünür əksər izləyicilərin (müştərilərin) diqqətini çəkir. Buna görə də, müasir media kanallarının 48%-i “native” reklamlardan birini istifadə edir, Google Ads, Amazon Ads, Facebook, Netflix, LinkedIn kimi qlobal bazarın nəhəngləri də onlara üstünlük verir.
Haqqında danışdığımız bu ideal reklam formatı artıq ilk dəfə olaraq ölkəmizdə Adviad platforması ilə reklamçılara, yayımçılara və reklam agentliklərinə əlçatandır. Adviad “native” reklamları lokal bazara uyğunlaşdırmaqla yanaşı, həmçinin lokal bazara uyğun öz xüsusi 6 formatını da yaradıb. Hər biri unikal olan və yüksək effektivlik gətirən bu 6 format texniki cəhətdən Azərbaycanda ilkdir və platformada istifadəçilərə təqdim edilir. Bundan əlavə, ilk dəfə
olaraq lokal saytlarda hava dərəcəsinə görə reklam yerləşdirmək mümkündür.
Formatlar haqqında daha detallı məlumatı məqalənin sonunda oxuya bilərsiniz.
Əsas sual isə budur: “Native” reklam formatının üstünlükləri nələrdir?
Bu reklamlar digər outdoor, indoor və ya banner (digital da daxil olmaqla) reklamlarından bir çox üstünlüyü ilə seçilir:
- Ölçüləbiləndir;
- Yüksək keyfiyyətli məzmuna malikdir;
- Reklamın hansı istiqamətdə getdiyini və nəticələrini izləmək mümkündür;
- İzləyiciləri digər reklamlar kimi yormur, diqqəti orqanik formada çəkdiyi üçün izləyici mənfi reaksiya vermir;
- Effektivliyi və təsir dairəsi olduqca böyükdir və s.
“Native” reklam formatları ümumilikdə satın alma aktivliyini 18%, markaların tanınma səviyyəsini isə 2 dəfə artırır. Son illərin göstəriciləri də bunu sübut edir. Belə ki, markalarının 41%-i, reklam agentliklərinin isə 34%-i bu tip reklamlara üstünlük verir.
Marketinq dünyasında ilk və ya ilklərdən olmaq çox vacibdir. “Native” reklam formatlarından istifadə etməklə siz də yerli bazarda ilklərdən ola bilərsiniz. Odur ki, reklamlarınızın daha güclü, təsirli olmasını, birbaşa hədəf kütlənizə çatmasını və satışlarınıza müsbət təsir göstərməsini istəyirsinizsə, mütləq Adviad platformasının “native” reklam formatlarından istifadə edin.
Adviad platformasındakı 6 fərqli “Native” reklam formatı:
Ətraflı məlumat üçün platformanın nümayəndəsi ilə əlaqə saxlayın.
Телефон: +994 511 01 54
Э-мейл: [email protected]
Son məlumatları əldə etmək üçün Sosial Şəbəkələrdə izləyin.
Medium: https://medium.com/@adviad.az
Telegram: https://t.me/adviad