288
13:40
05 İyul 2019

Azərbaycanın keçmiş prezidentinin həyat yoldaşı vəfat etdi

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı vəfat edib.
Sabiq prezident APA -ya açıqlamasında bildirib ki, 81 yaşlı Ədilə Mütəllibova uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Ə.Mütəllibova bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Mərhumun yas mərasimi Təzəpir məscidində keçiriləcək.
Allah rəhmət eləsin!