380
19:40
04 İyul 2019

Yay tortu - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Biş-düş Babayeva” adı ilə məşhur olan ustanın yay tortunu necə hazırlaması ilə tanış edəcəyik.
Tortun tərkibi:
- 3 yumurta, ½ st şəkər tozu, 1/3 st bitki yağı, ½ st un ½ xq qabartma tozu, ½ çq vanillin;
- Krem üçün 400 qr qaymaq, ½ st şəkər pudrası, 2 x/q qatılaşdırılmış süd, qatılaşdırıcı maddə, zövqə görə moruq meyvəsi.
Hazırlanması qaydası:
Şəkər tozu ilə yumurtanı birlikdə çalırıq, sonra vanili və yağı əlavə edib qarışdırmağa davam edirik. Daha sonra unu və qabartma tozunu əlavə edib qarışdırırıq. Xəmiri yağlı yağız qoyub bişəcəyi qaba tökürük. Xəmiri qaşıqla daha çox kənarlara yığırıq ki, orta hissə çökək olsun.
Krem üçün qaymaq, şəkər pudrası, qatılaşdırılmış süd, və qatılaşdırıcı maddə əlavə olunub birlikdə qarışdırılır.
Kermi biskivitin üzərinə çəkib, moruqlarla bəzəyirik.
Nuş olsun!