372
15:44
04 İyul 2019

Alimlərin göllərlə bağlı müraciətinə müsbət CAVAB VERİLDİ

AMEA Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası labaratoriyası Göygöl milli parkı ərazisində yerləşən təbi göllərin hazırki ekoloji vəziyyətinin öyrənilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib.

İnstitutdan Lent.az -a bildirilib ki, müraciətə müsbət cavab verilib.

Göygöl Milli Parkı ilə Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası labaratoriyası milli park ərazisində yerləşən təbii göllərdə birgə tədqiqat işləri aparmaq üçün razılıq əldə edib.

Mikrobiologiya institutunun Su mikrobiologiyası labaratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Anar Hüseynovun iştirakı ilə birgə ekipedisiyada tədqiqatlar aparılıb. Bu tədqiqatların aparılmasında əsas məqsəd Milli park ərazisində yerləşən təbi göllərdə suda və qruntda baş verən fiziki-kimyəvi, mikoloji və mikrobioloji prosesləri öyrənməkdir.

Tədqiqat aparılan təbii göllərin bəzilərinin suyundan Gəncə şəhərinin və ətraf yaşayış məntəqələrinin içməli su kimi istifadə etməsi bu göllərdə ekoloji proseslərin daimi öyrənilməsi və nəzarətdə saxlanılmasının zəruri oldugunu sübut edir.

Göygöl milli parkına, Milli park ərazisində yerləşən göllərə turistlərin gəlməsinə artıq icazə verilib və milli parkda turistlər üçün müxtəlif göllərə turist marşurutları açılıb. Göllərin ekoloji vəziyyətinin öyrənilməsi bu səbəbdən də çox böyük əhəmiyyət kəsb edir.

Göygöl milli parkının ərazisində yeləşən təbii göllərdə mütamadi olaraq kompleks şəkildə tədqiqat işləri aparılması nəzərdə tutulur.