281
16:54
03 İyul 2019

Müəllimlərin işə qəbulu üzrə qeydiyyat başa çatır

İyunun 24-dən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çoxu elektron ərizəsini təsdiqləyib.

Təhsil Nazirliyindən Lent.az -a bildirilib ki, müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də saat 23:59-da başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilən namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.