204
12:02
03 İyul 2019

Diqqət! - Paytaxtın bu küçəsi rənglənir

Bu gün saat 22:00-dan iyulun 4-də səhər saatlarınadək paytaxtın Nəsimi rayonunun Səməd Vurğun küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az -a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.
Sürücülərdən sözügedən küçədə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.