1135
11:36
03 İyul 2019

Çimərliklər YENİDƏN YOXLANILIR - RƏSMİ

“Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən çimərliklərdə reydlər davam etdiriləcək”.
Bu sözləri Lent.az -a açıqlamasında BŞİH-in mətbuat katibi İsrafil Kərimov deyib. O bildirib ki, mütəmadi olaraq baxış keçirilən bütün ərazilər yenidən yoxlanacaq:
“Hava şəraitindən asılı olaraq hər gün qruplar reydə çıxacaq. Bununla da çimərliklərdə yenidən götürülən qapılar, şlaqbaumlar və qiymət yazılan lövhələr qoyula bilməyəcək. Həmçinin daimi olaraq vətəndaşlar çimərlik ərazilərinə pulsuz daxil ola biləcəklər. Bildirim ki, sahibkarlara da ancaq əhaliyə göstərilən xidmət üçün pulun alınması barədə xəbərdarlıq etmişik”.
Xatırladaq ki, reydlərin özəl çimərliklərə dəxli yoxdur və orada vətəndaşlardan giriş üçün pul tələb edilə bilər.
Əlavə edək ki, məsələ ilə əlaqədar “Qaynar xətt” fəaliyyətə başlayıb və vətəndaşlar çimərliklərə getdikdə girişin ödənişli olduğunu görəndə 012 566-83-71 əlaqə nömrələrinə zəng edib məlumat verə bilərlər.