569
16:06
02 İyul 2019

Azərbaycanda İLGİNC OLAY: 14 yaşında Hacı olacaq

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az -a bildirilib ki, kvotanın dolması üçün 130 yer qalıb.

Sənəd verənlərin sayı 1300-ü ötüb: “Sənəd qəbulu davam edir. Vizaların verilməsi prosesi başlayanda sənəd qəbulu başa çatacaq. Hazırda 130 nəfərlik kvota qalıb”.

QMİ-dən bildirilib ki, sənəd verənlərdən ən yaşlısı 1930-cu il təvəllüdlü (89 yaş) qadın, ən gənci isə 2005-ci il təvəllüdlü (14 yaşlı) oğlandır.

Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

Sənədlərin qəbulu yalnız QMİ-də həyata keçirilir.

Həcc ziyarətinin qiyməti 4285 dollardır.

Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.

Avqustun 2-dən 6-dək ziyarətə gediş, 21-dən 25-dək isə dönüş baş tutacaq.