1600
10:48
03 İyul 2019

Qara qarağat mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Lavanda 618” adı ilə məşhur olan ustanın qara qarağat mürəbbəsini necə hazırlaması ilə tanış edəcəyik.
Qara qarağat mürəbbəsinin tərkibi:
1 kiloqram qara qarağat
1,5 kiloqram şəkər tozu.
Hazırlanma qaydası:
Qara qarağat təmizlənir, yuyulur. Mətbəx qayçısından istifadə etmək lazımdır ki, ucundakı qara hissələri tez təmizləyəsiniz. Qaynayan suyu üzərinə töküb süzürsünüz. Sonra giləmeyvələri qaba töküb, blenderlə əzir və üzərinə şəkər tozu əlavə edirik.1 dəqiqə blenderlə, sonra isə qaşıq ilə qarışdırırıq. 10 dəqiqə kənarda qalır, sonra yenidən 1 dəqiqə blenderlə, daha sonra qaşıqla qarışdırıb hazır olduğunu görəndə mürəbbəni təmiz quru bankalara doldurun.
Nuş olsun!