593
13:26
02 İyul 2019

Bu gün Günəş tutulacaq - TƏHLÜKƏSİ VARMI?

İyulun 2-3-də tam Günəş tutulması baş verəcək.

Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, adıçəkilən təbiət hadisəsiiyulun 2-də yerli vaxtla saat 20:55-də başlayacaq və iyulun 3-də 01:50-də başa çatacaq.

Günəş tutulması Çili, Argentina, Cənubi Amerika və Sakit okeanın cənubundan aydın görünəcək.

Günəş tutulması ilə bağlı müxtəlif inanclar var. Müasir dünya nə qədər inkişaf etsə də, yenə də günəş tutulması qorxulu hadisə hesab olunur.

Ta qədimlərdən Ayın, Günəşin tutulması zamanı insanların onları xilas etmək cəhdləri olub. Bu inanclar Azərbaycanda da olub. Günəş və Ay tutulması, qədim insanların təsəvvürünə görə, əjdahanın və ya mifik qüvvənin onları udmasından doğan hadisə idi. Bu vaxt insanlar əllərinə aldıqları qazanlara, vedrələrə müxtəlif əşyalarla vurmaqla, qışqırmaqla, sonrakı dövrlərdə tüfəng atmaqla Günəşi və Ayı əjdahanın əlindən qurtarmağa çalışıblar.

İnanclara görə insanlar günəş tutulmasından sonra dağıdıcı zəlzələlər olduğuna inanır. Bu qorxu yalnız zəlzələ olacağı ilə bitmir. Uğursuzluq əlaməti sayılır, pis hadisələrin olacağı gözlənilir. İnsanlar inanırdılar ki, günəş tutulanda səs-küy salsalar, pis hadisələr onlardan uzaq olar. Ona görə ta qədimdən günəş tutulanda nağara çalar, səs-küy salardılar.

Tuva türklərinə görə günəşin günün günorta vaxtı qaranlığa qərq olmasının səbəbi günəşi bir əgdahanın udmasıydı. Buna görə də günəş tutulan zaman bacardqıları qədər səs-küy salırdılar. Beləcə, günəşi udan əjdaha qorxub qaçacaqdı.

Qədim Yunan inanclarına görə, günəş tutulması qızğın tanrıların qəzəbinin özünü göstərməsi idi.

Günəş tutulmasından sonra müxtəlif təbii fəlakətlərlə cəzalandırılacaqlarına inanırdılar.

Eskimo mədəniyyətində isə günəş tutulması hadisəsi zamanı iki qardaş olan günəşlə ayın dalaşdığına inanırdılar. Münaqişədən sonra qaçan günəş qardaşı ay tərəfindən yaxalandığında rəngi qaralır və günət tutulması meydana gəlir.

Hindistanda günəş tutulmasının baş verdiyi saatlarda küçələrdə bir insan belə tapılmaz. Onlar günəş tutulan zaman şüalarının zəhərli olduğuna inanırlar. Maraqlıdır ki, hindistanlıların bu inancı günümüzə kimi davam edir.

Bəzi Avropa ölkələrində günəş tutulması ilə bağlı batil inanclar ucbatından prosesin baş verdiyi saatlarda hamilə qadınlar və balaca uşaqlar evə qapanır. İtaliyada isə vəziyyət fərqlidir. Bu ölkədə günəş tutulanda əkilən çiçəklərin digər güllərlə müqayisədə tam bir il boyunca parlaq rəngdə olacağına inanılırlar.

Onu da qeyd edək ki, Günəş və Ay tutulmaları ən maraqlı təbiət hadisələrindəndir. Hələ 3000 il bundan əvvəl Çin astronomları Günəş və Ау tutulmalarının baş vermə vaxtını əvvəlcədən təyin edə bilirdilər. Müasir astronomiya isə Günəş və Ау tutulmalarının Yer səthinin hansı hissəsində və nə vaxt baş verəcəyini çox böyük dəqiqliklə təyin etməyə imkan verir.

Ауın Günəş diskinin qarşısını kəsməsinə və ya örtməsinə Günəş tutulması deyilir. Günəş tutulması qismən, tam və halqavari ola bilər. Günəş tutulması Ay Yerlə Günəş arasında olanda, yəni təzə Ay fazasında baş verir. Təzə Ay fazasında Ay Günəş şüalarının qarşısını kəsir və Yerə tərəf konus şəkilli kölgə buraxır. Yer səthinin tam kölgə bölgəsində olan müşahidəçi üçün tam Günəş tutulması, yarımkölgədəki müşahidəçi üçün isə qismən Günəş tutulması baş verir. Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə 05o09'-lik bucaq əmələ gətirdiyindən hər təzə Ay fazası Günəş tutulması ilə nəticələnmir.
Günəş tutulmasının baş verməsi üçün təzə Ay fazası Ay orbitinin düyünlərinə və ya ona yaxın yerlərə təsadüf etməlidir. Yəni Günəş tutulmasının gerçəkləşməsi üçün təzə ay fazasında Ay ekliptika müstəvisində və ya ondan kiçik bucaq məsafəsində olmalıdır. Ayın Günəşə və Yerə görə vəziyyətindən asılı olaraq bəzən Ayın bucaq diametri Günəşinkindən kiçik olur. Bu halda Ayın buraxdığı kölgə konusunun təpəsi Yer səthinə çatmır. Onda Ay diski Günəş diskini tamam örtə bilmir, onun kənarlarında işıqlanmış halqa görünür. Belə tutulma halqavari Günəş tutulması adlanır.
Yer səthində Ay kölgəsinin eni maksimum 270 kilometrdir. Yarımkölgəninki isə 6700 kilometr olur. Tam tutulmada Günəşin xromosfer və tac hissəsinin müşahidəsi üçün əlverişli şərait yaranır. Tam Günəş tutulması maksimum 7m.5, qismən tutulma 3h.5, halqavari tutulma isə təxminən 12 m davam edə bilər. Ək-sər hallarda tam Günəş tutulmaları cəmi 2-3m davam edir. Venera və Merkuri də Günəş diski qarşısından keçərkən tutulma törədir.
İlk Ay tutulması 1050-ci ilə məxsusdur və Çində baş verib.