537
21:17
01 İyul 2019

Zaqatala rayonunun dağlıq ərazilərinə qar yağıb

Zaqatalanın yüksək dağlıq ərazilərinə qar yağıb.

APA -nın şimal-qərb bürosunun məlumatına görə, son üç gündür ki, respublikanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Bölgəyə fasilələrlə qısamüddətli yağış yağır, havanın temperaturu əvvəlki günlərlə müqayisədə +20 ℃ qədər aşağı düşüb. İyunun 30-dan iyulun 1-nəkeçən gecə Zaqatalada havanın hərarəti +13 ℃qədər aşağı düşüb.

İyunun 30-dan iyulun 1-ə keçən gecəBöyük Qafqaz sıra dağlarının cənub ətəyininZaqatala rayonu ərazisindən keçən hissəsində yüksək dağlıq ərazilərinəqar yağıb. Hazırda rayonda yağmursuz hava şəraiti müşahidə olunsa da, temperatur axşam saatlarında +16 ℃ müşahidə olunur.