236
17:16
01 İyul 2019

Tranzit çaylarında suyun səviyyəsində artım olub - RƏSMİ

Respublikanın əsas tranzit çaylarındakı faktiki vəziyyət açıqlanıb.
Bu barədə Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, iyulun 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 59 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 150 m3/s olmaqla, ongünlük normadan az olub.
Bundan başqa, bu gün Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 38 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 78 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 27 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 27 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 37 m3/s təşkil etməklə ongünlük normadan az olub.