<span style="color:red;">"Kənanın işlərinə qarışmıram"  - Aygün ailəsindən danışdı
27 iyun 2019 16:15 (UTC +04:00)

"Kənanın işlərinə qarışmıram" - Aygün ailəsindən danışdı

Müğənni Aygün Mahmudova (Şükürova) “5/5” verilişinin qonağı olub.

Lent.az-ın məlumatına görə, ifaçı proqram zamanı rejissor Kənan Mahmudovla evliliyindən danışıb: “Çox istəyər ki, öz ölkəsində işlər görsün. Müraciət edir. İnşallah, onun səsinə haray verərlər. Hansı iş görəcəyini bilmirəm. Ümumiyyətlə, heç bir zaman onun işinə müdaxilə etməmişəm. Onun insanlarla münasibətinə, qalmaqallarına, gördüyü işlərə heç zaman qarışmıram. Mən öz sənətimlə məşğulam. O, ailəmdir, ayrıdır”.

Aygün əlavə edib ki, ailəsi ilə birgə istirahətə yollanıb: “Yay girməmiş Alanyaya bir həftəlik istirahətə getdik. Görün, heç qaralmışam? Orada ancaq uşaqların dayəsi idim. 3 uşaqla istirahət etmək mümkün deyil. Sadəcə, uşaqlar dincəldi”.

 

# 1576
avatar

Yalçın UĞUR

Oxşar yazılar