Minsk-2015: Avarçəkənimiz 15-ci yeri tutdu
27 iyun 2019 15:20 (UTC +04:00)

Minsk-2015: Avarçəkənimiz 15-ci yeri tutdu

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında avarçəkmə yarışları davam edir.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycanın yeganə təmsilçisi Mariya-Lorena Manolitsa çıxışını başa vurub.
 
Qadınlar arasında 1 nəfərlik qayıqla 200 m məsafəyə yarışan təmsilçimiz B finalında mübarizə aparıb. O, finişə 47,295 saniyəyə çatıb.
İdmançımız B finalında 6-cı yeri tutub. M.Manolitsa yekunda 15-ci olub
 
# 491
avatar

Oxşar yazılar