<span style="color:red;">Minsk-2019:  Stend atıcılarımız finala düşə bilmədilər
27 iyun 2019 16:47 (UTC +04:00)

Minsk-2019: Stend atıcılarımız finala düşə bilmədilər

 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının qadınların stend atıcılığı yarışlarında skit növü üzrə təsnifat mərhələsi başa çatıb.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, iki gün davam edən ilkin mərhələdə 28 atıcı sərrastlığını yoxlayıb.
 
Final mərhələsinə vəsiqələr uğrunda Azərbaycan yığmasının iki üzvü də mübarizə aparıb. Nurlana Cəfərova 110 xal toplayıb. O, çıxışını 14-cü pillədə başa vurub. Reqina Meftahətdinova 104 xalla kifayətlənib. O, yekunda 23-cü olub.
 
Qeyd edək ki, təsnifat mərhələsində ilk 6 yeri tutan atıcı finala vəsiqə qazanıb.
 
# 534
avatar

Oxşar yazılar