Traktordan yıxılan kəndlinin FACİƏLİ SONLUĞU
27 iyun 2019 14:56 (UTC +04:00)

Traktordan yıxılan kəndlinin FACİƏLİ SONLUĞU

 
Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb.
 
APA-nın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Xəyyam İsayev sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi “Belarus 892” markalı traktorla hərəkətdə olarkən yanında əyləşən 1995-ci il təvəllüdlü Orxan Əliyev yıxılıb. O. Əliyev aldığı xəsarətlər nəticəsində ölüb. 
 
Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
# 619
avatar

Oxşar yazılar