Brilliant Dadaşova "həkimlər"dən şikayətçidi...
27 iyun 2019 14:52 (UTC +04:00)

Brilliant Dadaşova "həkimlər"dən şikayətçidi...

Xalq artisti Brilliant Dadaşova prezidentə müraciət edib.
 
Lent.az məlumat verir ki, müğənni həkim diqqətsizliyi nəticəsində səhhətində ciddi problem yaranan gəncin fotosunu paylaşaraq, bu sözləri yazıb:
 
"Əziz Prezidentimiz, Sizə qurban olum. bu xalqı çoxsaylı pinəçi "həkimlərin" əlindən xilas edin. Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduğu üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl onlar arasında test keçirildi. Rus dilində təhsil aldıqları üçün hansı həkim Azərbaycan dilində yaxşı danışa bilmirsə, onu işdən uzaqlaşdırdılar və bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir".
# 702
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar