Minsk-2019: üç güləşçimiz YARIMFİNALDA - YENİLƏNİB
27 iyun 2019 14:25 (UTC +04:00)

Minsk-2019: üç güləşçimiz YARIMFİNALDA - YENİLƏNİB

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarında qadın güləşçilərin yarışı davam edir.

APA-nın məlumatına görə, bu gün xalça üzərinə çıxan 4 çəki dərəcəsində 1/4 final qarşılaşmaları keçirilib.

Azərbaycan yığmasının dörd üzvü yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. Onlardan üçü finalın bir addımlığına irəliləməyə nail olub.

Yarışa 1/4 finaldan başlayan Mariya Stadnikin (50 kq) Anna Lukasiak (Polşa) üzərində asan qələbə qazanıb. O, 40 saniyəyə 10:0 hesablı üstünlük əldə edib. M.Stadnik Bakı vaxtı ilə saat 19:00-da başlayacaq yarımfinalda türkiyəli Evin Demirhanla üz-üzə gələcək.

Alyona Kolesnik (57 kq) Mimi Xristovaya (Bolqarıstan) uduzub – 0:6. Güləşçimiz təsəlliverici görüşlərə qatılmaq üçün rəqibinin finala yüksəlməsini gözləməlidir.

Elmira Qəmbərova (62 kq) polşalı Katarjina Madrovska ilə görüşdə qalib gəlib – 9:0. Təmsilçimiz yarımfinalda rumıniyalı Krista İnçe ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:20-də başlayacaq.

Səbirə Əliyeva (76 kq) böyük britaniyalı Corcina Neltorp üzərində qələbə qazanıb – 8:2. Güləşçimiz saat 19:30-də başlayacaq yarımfinalda almaniyalı Frensi Raedeltlə üz-üzə gələcək.

***

Saat. 13:28

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarında güləş yarışlarının üçüncü günü başlayıb.

APA-nın məlumatına görə, bu gün qadın güləşçilər 4 çəki dərəcəsində güclərini yoxlayırlar.

Azərbaycan yığmasının 4 üzvü xalça üzərinə çıxacaq. Onlardan üçü yarışa 1/8 finaldan başlayıb.

57 kq kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik macarıstanlı Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda Mimi Xristova ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə 14:20-də start götürəcək.

Elmira Qəmbərova (62 kq) Luzi Manke (Almaniya) ilə qarşılaşıb. 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz 1/4 finala çıxıb. Saat 14:40-da başlayacaq görüşdə onun rəqibi polşalı Katarjina Madrovska olacaq.

Səbirə Əliyeva (76 kq) Aykaterinierini Pitsiava (Yunanıstan) ilə üz-üzə gəlib. 9:0 hesabı ilə qalib gələn güləşçimiz 1/4 finala vəsiqə qazanıb. O, saat 14:50-də başlayacaq mərhələdə böyük britaniyalı Corcina Neltorp ilə münasibətlərini aydınlaşdıracaq.

Komandamızın lideri Mariya Stadnikin (50 kq) ilk rəqibi də müəyyənləşib. 1/8 final mərhələsindən azad olan təmsilçimizin rəqibi Liuzzi (İtaliya) - Anna Lukasiak (Polşa) cütündə bəlli olub. 8:0 hesablı qələbə qazanan polşalı M.Stadniklə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 14:10-da başlayacaq.

 

 

# 930
avatar

Oxşar yazılar