Sabah HAVA necə olacaq? - Nazirlikdən XƏBƏRDARLIQ
27 iyun 2019 13:35 (UTC +04:00)

Sabah HAVA necə olacaq? - Nazirlikdən XƏBƏRDARLIQ

İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində Lent.az-a verilən məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək,nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.
 
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
 
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
 
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu
26-27 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında:
 
İyunun 28-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək,lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 23-28, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək
 
Tibbi-meteoroloji proqnoz:
 
İyunun 28-də Abşeron yarımadasında zəif gilavar küləyinin üstünlüyü, günün bəzi saatlarında durğun hava şəraiti və isti temperatur diskomfortu
gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
# 566
avatar

Oxşar yazılar