Prokurorluq əməkdaşlarının əməkhaqları artır? - <span style="color:red;">TƏKLİF
27 iyun 2019 13:08 (UTC +04:00)

Prokurorluq əməkdaşlarının əməkhaqları artır? - TƏKLİF

 
 
"Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik nəticəsində Ali Məhkəmə sədrinin vəzifə maaşı Milli Məclisin sədrinin vəzifə maaşına uyğunlaşdırılır”.
 
APA-nın məlumatına görə, bunu bu gün  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
 
Ə.Hüseynli deyib ki, hakimlərin maddi təminatı daha da yaxşılaşdırılaraq, onlara məzuniyyətə çıxdıqları vaxt məzuniyyət haqqı, 2 aylıq əməkhaqqı məbləğində müavinət verilməsi nəzərdə tutulur: “Bu qanun layihəsi Prezidentin müvafiq fərmanının icrasından irəli gəlir”.
Millət vəkili Qüdrət Həsənquliyev isə hüquq-mühafizə orqanları əməkdaşlarının əməkhaqlarının artırıldığını, prokurorluq orqanlarının əməkdaşlarının da maaşlarının artırılmasının vacib olduğunu bildirib.
# 618
avatar

Oxşar yazılar