Qarabağ həqiqətlərin əks etirən “Son Nəfəsədək” filmi AVROPADA - FOTOLENT
27 iyun 2019 12:16 (UTC +04:00)

Qarabağ həqiqətlərin əks etirən “Son Nəfəsədək” filmi AVROPADA - FOTOLENT

İsveç və Yunanıstanda milli ordu günü ilə bağlı Qarabağ həqiqətlərinə həsr olunan “Son Nəfəsədək” filmi nümayiş olunub.
 
Bu barədə Lent.az-a diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürk məlumat verib. Məlumatda bildirib ki, İsveç Krallığının Höteborq şəhərində 26 iyun - Silahlı Qüvvələr Gününün 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib:
 
“Tədbir İsveçdə fəalliyyət göstərən Azərbaycan Kültür İdman Dərnəyi və Azərbaycan Evi olub və həm də Qarabağ müharibəsi və Xocalı hadisələrini əks etdirən “Son Nəfəsədək” filminin təqdimat mərasimi keçirilib.
 
Tədbir “Haqa-bio” kino salonun “Viktoriazal” zalında keçirilib və İsveçdə yaşayan soydaşlarımızın böyük marağına səbəb olub.
 
Çıxışçılar filmin son zamanlar Qarabağda baş verənləri real əks etdirən möhtəşəm bir film olduğunu xüsusi vurğulayıblar.
Sonda çıxış edənlər bayram münasibətilə təbriklərini çatdırıb, filmin çəkilişində zəhməti keçənlərə təşəkkürlərini, xoş arzularını bildiriblər”.
 
Həmçinin qeyd edilib ki, daha bir təqdimat isə Yunanıstanın Saloniki şəhərində 26 iyun - Silahlı Qüvvələr Gününün 101 illiyi ilə bağlı "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təşkilatının ofisində baş tutub:
 
“Tədbiri cəmiyyətin sədri Rəşid Məmmədov açaraq, film haqqında məlumat verib. O, filmin süjet xəttində ssenarinin qəhrəmanı Yavərin Yuxarı Veysəlli və ətraf kəndlərin müdafiəsində göstərdiyi igidliyinin təsvir olunduğunu diqqətə çatdırıb.
 
Qeyd edək ki, filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları çəkiliblər”.
# 825
avatar

Oxşar yazılar