Dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlandı
27 iyun 2019 11:06 (UTC +04:00)

Dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlandı

Bakıda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə,  paytaxtın Xətai rayon ərazisində 12 nəfərin dönərdən zəhərlənməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, nümunələr götürülüb, izahatlar alınıb və müvafiq ekspertizalar tyəyin edilib. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 
 
Qeyd edək ki, məlum zəhərlənmə faktı Babək prospekti, “Maşın Bazarı”nın girişində yerləşən “Qədir Xum” dönərxanasında qeydə alınıb. Həmin dönərxanadan qidalanan 12 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 
# 540
avatar

Oxşar yazılar