Polşanın Azərbaycandakı yeni səfiri payızda gələcək
27 iyun 2019 10:22 (UTC +04:00)

Polşanın Azərbaycandakı yeni səfiri payızda gələcək

Polşa Azərbaycana yeni səfir təyin edib.
 
APA-nın əldə etdiyi məlumata görə, Polşanın Azərbaycandakı yeni səfiri Rafal Poborski olacaq.
 
Səfirin payızın əvvəlində Azərbaycana gəlməsi gözlənilir. 
 
Qeyd edək ki, Rafal Poborski 1976-cı ildə Varşavada anadan olub. O, Varşava Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. R. Poborski rus, ingilis və ispan dillərini bilir. Hazırda o, Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentində direktor müavini vəzifəsini icra edir.
# 716
avatar

Oxşar yazılar