2,3 milyonluq saatı oğurlanan azərbaycanlı tək deyilmiş - <span style="color:red;">YENİLƏNİB
27 iyun 2019 15:49 (UTC +04:00)

2,3 milyonluq saatı oğurlanan azərbaycanlı tək deyilmiş - YENİLƏNİB

İspaniyanın İbiza adasında 2.3 milyonluq saatı oğurlanan Azərbaycanlı turistlə bağlı bəzi təfərrüratlar məlum olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı azərbaycanlı adada tək olmayıb. Məsələn, "dailymail.co.uk"un bildirdiyinə görə, həmyerlimizin yanında dostu da olub. Onlar adanın otelində birlikdə qalıblar. Sözügedən hadisə onlar dəniz sahilində gəzərkən baş verib.

Əlavə edək ki, oğurlanan saat “Richard Mille” markasına aid olan “50-03 McLaren F1” modelidir.

*** 13:45
 
“Sözügedən məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosiyalyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütəmadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yayıblar”.
 
Bununla bağlı Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib . Qeyd edilib ki, bu məlumat yalan və cəfəngiyatdan başqa bir şey deyil:
 
“Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmamış, Londondakı King’s College-də təhsil almamışdır. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür.
Göründüyü kimi bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir”.
 
 
*** 09:30
 
İbizada bir oğru azərbaycanlı turistin 1,2 milyon avro (təxminən, 2 milyon 311 min manat) dəyərində olan qol saatını (“Richard Mille” brendinə məxsus) oğurlayıb.
 
Lent.az məlumat verir ki, bu barədə “Daily mail” nəşri məlumat yayıb. Məlumatda bildirilib ki, təxminən 30 yaşında olan oğru İbiza sahillərində gəzən 22 yaşlı azərbaycanlını günorta saatlarında qarət edib və zərərçəkmiş qolundan, biləyindən yaralanıb. Daha sonra zərərçəkmiş polisə müraciət edib. Bundan başqa yazıda azərbaycanlının kimliyi barədə məlumat verilməyib.
 
Qeyd edək ki, oğurlanan saatdan dünyada 75 ədəd var və 40 qram ağırlığındadır.
# 8565
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar