7 azyaşlı hovuzda xlor qazından zəhərlənib - Qərbi Azərbaycanda
27 iyun 2019 09:20 (UTC +04:00)

7 azyaşlı hovuzda xlor qazından zəhərlənib - Qərbi Azərbaycanda

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində çimərlik hovuzunda 16 nəfər xlor qazından zəhərlənib.
 
Bunu Qərbi Azərbaycan vilayətinin Tibb Elmləri və Səhiyyə, Müalicə Xidmətləri Universitetinin fövqəladə hallar üzrə mərkəzinin direktoru Baqir Bəhrami deyib.
 
B.Bəhraminin sözlərinə görə, zəhərlənənlərdən yeddisi azyaşlı uşaqlardır.
 
Zəhərlənənlərdən dördünün vəziyyəti ağırdır.
 
(Trend)
# 995
avatar

Oxşar yazılar