Yolu keçərkən ağır xəsarət aldı - Salyanda
26 iyun 2019 23:22 (UTC +04:00)

Yolu keçərkən ağır xəsarət aldı - Salyanda

 
 
Salyan rayonunda piyadanın vurulması ilə yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 22.30 radələrində Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb. 
 
Rayonun Qızılağac kənd sakini, 1990-cı il təvəllüdlü Şahmalıyev Fərid Nazim oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçmək istəyən Qaraçala kənd sakini, 1976-cı il təvəllüdlü Əhmədov Kamal Mikayıl oğlunu vuraraq ağır xəsarətlər yetirib. 
 
Yaralı çoxsaylı xəsarətlərlə komatoz vəziyyətdə Şirvan mərkəzi şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 
 
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
# 755
avatar

Oxşar yazılar