208
16:48
26 İyun 2019

Minsk-2019: Stend atıcılarımız ilk günü ikinci yarıda başa vurublar

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının stend atıcılığı yarışlarında qadın snayperlər skitdə mübarizəyə başlayıblar.
APA -nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, təsnifat mərhələsində 28 atıcı qüvvəsini sınayır.
İdmançılar ilk yarış gününü başa vurublar. Azərbaycanın iki atıcısı finala vəsiqələr üçün yarışa qatılıb. Hər iki təmsilçimiz günü ikinci yarıda tamamlayıb. 66 xal toplayan Nurlana Cəfərova 15-ci yeri tutub. Reqina Meftahətdinovanın çıxışı uğursuz alınıb. 60 xal yığan atıcımız sonuncu olub.
74 xalla italiyalı Diana Bakosi ilk günü lider kimi başa vurub.
Qeyd edək ki, təsnifat mərhələsi sabah başa çatacaq.