Minsk-2019: Azərbaycan avarçəkəni medal şansını itirib - YENİLƏNİB
26 iyun 2019 17:59 (UTC +04:00)

Minsk-2019: Azərbaycan avarçəkəni medal şansını itirib - YENİLƏNİB

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kayak və kanoelərdə avarçəkmə yarışları davam edir.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan millisinin bu idman növündəki yeganə təmsilçisi Mariya Lorena Manolitsa mükafatlar uğrunda mübarizəni dayandırıb.
 
Qadınlar arasında 1 nəfərlik qayıqla 200 m məsafəyə yarışan rumıniyalı legioner təsnifat mərhələsini uğurla adlasa da, yarımfinal cəhdi uğursuz alınıb.
Finiş xəttinə 43,071 saniyəyə çatan xanım idmançı ilk yarımfinalın 9 iştirakçısı arasında 8-ci olub. O, sabah keçiriləcək B finalında 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. 
 
 
 
15:41
 
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kayak və kanoelərdə avarçəkmə yarışları davam edir.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu idman növündəki yeganə Azərbaycan təmsilçisi mübarizəyə başlayıb.
 
Qadınların K-1 növü üzrə 200 metr məsafəyə yarışlarında Mariya Lorena Manolitsa ilkin mərhələdə qüvvəsini sınayıb. Finişə 44,750 saniyəyə çatan təmsilçimiz ilk qrupda 6-cı olub. O, bu göstərici ilə yarımfinal mərhələsinə yüksəlib. 
Qeyd edək ki, bu mərhələnin yürüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
# 696
avatar

Oxşar yazılar