Nazir: "İnsanlar biçilmiş sahələri yandırmasınlar"
26 iyun 2019 15:34 (UTC +04:00)

Nazir: "İnsanlar biçilmiş sahələri yandırmasınlar"

“İnsanlar diqqətli olmalıdır, rayonlarda biçilmiş sahələri yandırmasınlar”.
 
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazir qeyd edib ki, yanğın biçilməmiş sahələrə və meşələrə keçir: “Bəzi insanların əkin sahələri yaşayış yerlərinə yaxındır. Həmin insanların özlərinə və başqalarına zərər dəyə bilər. Bu, çox diqqət edilməli olan məsələdir. Ora onun gəlir yeridir, ona görə, biçəndən sonra da gərək qoruya. Kimsə başqa bir adam gəlib onun sahəsini yandırmır”.
 
Nazir eyni zamanda siqaret kötüklərinin yerə atılmasına da münasibət bildirib: “Bizim daima kütləvi informasiya vasitələrində videolarımız yayımlanır. Ümumiyyətlə, siqareti niyə küçəyə atırlar ki? Hər yerdə zibil qabları qoyulub, hətta siqaretlər üçün ayrı qablar qoyulub. Sadəcə bu mədəniyyəti mənimsəməliyik ki, siqaret və ya digər zibillər nəinki quru otluğa, küçəyə belə atılmamalıdır. Hamı bir-birinə bu iradı tutmalıdır”.
# 711
avatar

Oxşar yazılar