Minsk-2019: Ruslan Lunyov 13-cü oldu - YENİLƏNİB
26 iyun 2019 15:48 (UTC +04:00)

Minsk-2019: Ruslan Lunyov 13-cü oldu - YENİLƏNİB

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının güllə atıcılığı yarışları davam edir.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin kiçikçaplı tapança ilə 25 metrdən sürətli atəş açma yarışında təsnifat mərhələsinə yekun vurulub.
 
Azərbaycan təmsilçisi Ruslan Lunyov iki gün davam edən yarışı 573 xalla başa vurub. Öz qrupunda birinci olan snayperimiz ümumi nəticədə 13-cü olub.
Qeyd edək ki, bu mərhələdə 588 xal toplayan almaniyalı Kristina Ritz qalib gəlib.
 
14:08
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının güllə atıcılığı yarışları davam edir.
 
APA-nın məlumatına görə, kişilərin kiçikçaplı tapança ilə 25 metrdən sürətli atəş açma yarışında təsnifat mərhələsi başa çatıb.
 
Azərbaycan təmsilçisi Ruslan Lunyovun çıxışı uğurlu alınıb. İki gün davam edən təsnifat mübarizəsində idmançımız 573 xal yığıb.
Təcrübəli güllə atıcısı bütün rəqiblərini qabaqlayaraq mərhələnin qalibi olub. O, bu gün axşam saatlarında medallar uğrunda mübarizə aparacaq 8 atıcı arasında yer alıb.
# 714
avatar

Oxşar yazılar