Minsk-2019: Azərbaycan idmançısı 35-ci olub
26 iyun 2019 13:45 (UTC +04:00)

Minsk-2019: Azərbaycan idmançısı 35-ci olub

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının güllə atıcılığı yarışları davam edir.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kiçikçaplı tapança ilə 25 metrdən atəş açan qadın snayperlərin mübarizəsində təsnifat mərhələsi başa çatıb.
 
Yarışa qatılan 35 idmançı arasında Azərbaycan təmsilçisi Nigar Nəsirova da yer alıb. İlk yarış günündə 273, bu gün isə  278 xal qazanan atıcımız yekunda 551 xal toplayıb. O, sonuncu yeri tutaraq final mərhələsindən kənarda qalıb. 
Təsnifatda qalib gələn almaniyalı Monika Karş 589 xal toplayıb.
# 719
avatar

Oxşar yazılar