Çingiz Qənizadə seçicilərinə söz verdi
26 iyun 2019 13:15 (UTC +04:00)

Çingiz Qənizadə seçicilərinə söz verdi

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli-Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Telişli-Allahmədətli kəndində görüş keçirib.
 
Lent.az məlumat verir ki, hər iki kəndin seçiciləri ilə görüş zamanı kənd sakinləri dəfələrlə xahiş etdikləri məsələni son olaraq bir daha xahiş ediblər. Bu da kəndə qaz çəkilməsinə köməklik göstərilməsi ilə bağlı olub. Çünki İmişli rayonunun 95% ərazisi qazla təmin olunub. Bu və yaxınlıqdakı iki kənd qazsız qalıb.
 
Çingiz Qənizadə qaz problemi ilə bağlı qaldırılan məsələyə cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinə 2 dəfə müraciət etdiyini bildirib. Deputat bir daha məsələni qaldıracağına söz verib.
 
Sakinlərin ikinci xahişi yaxınlıqdakı 40 hektar ərazinin suvarılmasının mümkünsüzlüyü və bundan ötrü cəmi 65 metr turbanın qoyulmasının vacibliyi ilə bağlı olub. Deputat 40 hektar yaxınlıqdakı ərazinin suvarılması üçün 65 metr turbanın tapılması ilə bağlı yaxın həftə ərzində tədbir görəcəyini qeyd edib.
 
Daha sonra sakinlər kəndin daxili  yollarının bərbad olmasını deyərək  təxminən 30 maşın qrabilin gətirilməsini xahiş ediblər. Deputat yaxın 10 gün ərzində bu məsələnin həlli ilə də məşğul olacağına söz verib.
 
 
 
Kənd sakinlərinin daha bir xahişi həkim yoxlamaları ilə bağlı olub. Sakinlərin sözlərinə görə, rayon səhiyyə şöbəsinin həkimləri müəyyən problemləri olan insanların evlərində yoxlanılmasını təmin etsələr çox yaxşı olar.
 
 Deputat bu məsələ ilə bağlı da rayon icra hakimiyyətinin başçısı və baş həkimlə danışıb məsələnin həllində köməklik edəcəyini vurğulayıb.
 
 
 
Daha sonra Çingiz Qənizadə son vaxtlar cənab prezident İlham Əliyevin imzaladığı sərəncamların əhəmiyyətindən danışıb. Son günlərdəki sosial yönümlü addımların insanlar üçün zəruriliyini qeyd edib. Deputat görülən işlərin davamlı xarakter daşıdığını da vurğulayıb.
 
Həmçinin parlamentari çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, möhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi, eləcə də parlament fəaliyyəti barədə ətraflı məlumat verib. Parlamentari sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılacağına və maksimum kömək ediləcəyinə söz verib.
# 623
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar