Tanınmış jurnalistin avtomobili qarət edildi - <span style="color:red;">FOTOLENT
26 iyun 2019 11:31 (UTC +04:00)

Tanınmış jurnalistin avtomobili qarət edildi - FOTOLENT

Tanınmış jurnalist İlham Məmmədzadə soyğunçuluq halı ilə qarşılaşıb.
 
 
Lent.az məlumat verir ki, bu barədə İlham Məmmədzadə özü sosial media hesabından bildirib. O qeyd edib ki, bununla bağlı polisə məlumat verib:
 
“Hadisə Sumqayıt şəhəri, 36-cı məhəllə, bina 5/11-də baş verib. Hyətdə 30-dan artıq mənim maşınımdan da qat-qat bahalı maşınlar var. İnanmıram ki, bu təsadüfi oğurluq olsun”.
 
İ.Məmmədzadə həmçinin bildirib ki, "Ata sığorta" şirkətinə dəfələrlə zəng etsə də cavab verən olmayıb.
 
Qeyd edək ki, İlham Məmmədzadə “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri idi. Bu ilin 11 iyun tarixində çalışdığı qurumdan ayrılıb.
# 850
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar