Fazil Məmmədovun səhhəti pisləşdi: <span style="color:red;">xəstəxanaya yerləşdirildi
26 iyun 2019 10:46 (UTC +04:00)

Fazil Məmmədovun səhhəti pisləşdi: xəstəxanaya yerləşdirildi

Ötən gün Azərbaycanın sabiq Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib və o, Bakıdan Gəncə Beynəlxalq Xəstəxanasına gətirilib.
 
APA-nın yerli bürosunun verdiyi məlumata görə, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.
 
Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qara ciyərində problem var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir.
# 621
avatar

Oxşar yazılar