Donald Tramp öz xanımının köməkçisini Ağ Evə vəzifəyə gətirir
26 iyun 2019 05:03 (UTC +04:00)

Donald Tramp öz xanımının köməkçisini Ağ Evə vəzifəyə gətirir

 

ABŞ-ın birinci xanımı Melanya Trampın şəxsi köməkçisi Stefani Qrişam Ağ Evin rəsmi nümayəndəsi təyin ediləcək.

APA xəbər verir ki, bu barədə M.Tramp özünün “Twitter” səhifəsində yazıb.

Melanyanın sözlərinə görə, Qrişam Ağ Evin yeni mətbuat katibi və əlaqələr direktoru olacaq.

Qeyd edək ki, S.Qrişam M.Trampla 2015-ci ildən işləyir. O, iyunun əvvəlində istefaya gedəcəyini elan edən Sara Sandersi əvəzləyəcək.

# 951
avatar

Oxşar yazılar