Bakıda sərxoş sürücülərə qarşı reyd keçirilib - VİDEO
26 iyun 2019 04:14 (UTC +04:00)

Bakıda sərxoş sürücülərə qarşı reyd keçirilib - VİDEO

 

BŞBPİ tabeli polis orqanları ilə birgə paytaxt ərazisində sərxoş sürücülərə qarşı reydlər keçirib.

APA xəbər verir ki, reydlər zamanı ümumilikdə 10-dan çox sərxoş sürücü saxlanılıb. Onlardan iki nəfər əcnəbi vətəndaşdır.

Saxlanılan sürücülər Alkoqol Sərxoşluğunun Müayinəsi Məntəqəsində müayinədən keçirilib və sərxoşluqları sübuta yetirilib. Onlara qarşı inzibati qaydada tədbirlər görülüb.

Bakı Şəhər Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəsi Vaqif Əsədovun sözlərinə görə, reydin keçirilməsində əsas məqsəd vətəndaşlarda polisə qarşı etimadı artırmaqdır. Bildirilir ki, bu cür reydlər bundan sonra da davam etdiriləcək.

# 670
avatar

Oxşar yazılar