Gürcüstanda nümayişçilərin bir hissəsi azadlığa buraxıldı
25 iyun 2019 19:51 (UTC +04:00)

Gürcüstanda nümayişçilərin bir hissəsi azadlığa buraxıldı

Gürcüstan Apellyasiya Məhkəməsi saxlanılan nümayişçilərdən 55 nəfərinin azadlığa buraxılmasına hökm verib.
 
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məhkəmənin hakimi Xatia Aradazaşvili keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, Tiflis Apellyasiya Məhkəməsinin İnzibati Palatası saxlanılanlardan 61-nin şikayəti üzrə işə baxıb.  
 
"Məhkəmə saxlanılanların bəzi inzibati cəzalarını saxlayıb. Bəzi hallarda isə Tiflis şəhər Məhkəməsinin inzibati qaydada həbs cəzaları ləğv edilib",-deyə X.Aradazaşvili bildirib. 
 
Apellyasiya Məhkəməsi ötən gün gecə keçirdiyi dinləmələrində 41 nəfərin azadlığa buraxılması haqqında qərar verib. Onlardan ikisinin günahsız olduğu təsdiqlənib.
 
Qeyd edək ki, iyunun 20-21-də Tbilisidə keçirilən nümayişlərdə həbs edilən 305 aksiyaçıdan 121-nə inzibati qaydada həbs cəzası verilib.
# 648
avatar

Oxşar yazılar