İtkin düşən qadının meyiti tapıldı
25 iyun 2019 19:25 (UTC +04:00)

İtkin düşən qadının meyiti tapıldı

Sabirabdda iki gün əvvəl itkin düşən qadının meyiti Kür çayından tapılıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 2 gün əvvəl itkin düşdüyü bildirlən 22 yaşlı Fidan Bayramovanın meyiti Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində tapılıb. Meyit FHN əməkdaşları tərəfindən çıxarılaraq Şirvan morquna təhvil verilib.
 
Hazırda meyitin müayinəsi aparılır.
 
Faktla bağlı araşdırma aparılır. 
# 605
avatar

Oxşar yazılar