Bütün çimərliklərə giriş <span style="color:red;">ÖDƏNİŞSİZDİR - RƏSMİ
25 iyun 2019 17:57 (UTC +04:00)

Bütün çimərliklərə giriş ÖDƏNİŞSİZDİR - RƏSMİ

Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.
 
Bu barədə Lent.az-a Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən məlumat verilib. Bildirilib ki, 15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.
 
Qeyd edək ki, məlumata görə çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
# 2636
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar