Bakıda fəhlənin başına belə faciə gəldi
25 iyun 2019 15:44 (UTC +04:00)

Bakıda fəhlənin başına belə faciə gəldi

Bakıda fəhlə faciəli şəkildə ölüb.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Alprof" MMC-yə məxsus emalatxanada baş verib. Orada fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rahil Məmmədov elektrik çaydanını şəbəkəyə qoşmaq istəyərkən çaydanın birləşdirici hissəsində olan nasazlıqla əlaqədar onu cərəyan vurub. Fəhlə xəstəxanaya aparılarkən yolda ölüb.
 
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
# 721
avatar

Oxşar yazılar