Minsk-2019: Azərbaycanın üç güləşçisi 1/4 finala yüksəldi
25 iyun 2019 13:23 (UTC +04:00)

Minsk-2019: Azərbaycanın üç güləşçisi 1/4 finala yüksəldi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarına start verilib.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, sərbəst güləşçilər 4 çəki dərəcəsində mübarizəyə başlayıblar.
 
Azərbaycan yığmasının dörd güləşçisi 1/8 final mərhələsində qüvvəsini sınayıb. Onlardan üçü növbəti mərhələyə adlayıbsa, bir idmançımız məğlub olub. Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelova qalib gəlib – 6:5. O, 1/4 finalda makedoniyalı Vladimir Yeqorovla görüşəcək.
Hacımurad Hacıyev (74 kq) türkiyəli Sönər Dəmirtaşa uduzun – 3:4.
 
Aleksandr Qostiyev (86 kq) Denis Balaura (Moldova) qalib gəlib – 7:1. Güləşçimiz 1/4 finalda gürcüstanlı Sandro Aminaşvili ilə qarşıllaşacaq.
 
Camaləddin Məhəmmədovun (125 kq) ilk rəqibi Belarus təmsilçisi Vitali Pyasnyak olub. 6:0 hesabı ilə qələbə qazanan pəhləvan 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə üçün macarıstanlı Daniel Liqeti ilə mübarizə aparacaq.
 
# 481
avatar

Oxşar yazılar