56 yaşlı kişini bıçaqlayıb qaçdı - AXTARILIR
25 iyun 2019 12:27 (UTC +04:00)

56 yaşlı kişini bıçaqlayıb qaçdı - AXTARILIR

Samuxda bıçaqlanma olub.
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.
 
Belə ki, kənd sakini 56 yaşlı Kərimov Əlirza mübahisə zəminində naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 56 yaşlı kişi əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.
 
Hadisə ilə bağlı polisə məlumat verilib.
Cinayəti törədən şəxs və şəxslərin tutulması istiqamətində axtarışlara başlanıb.
 
Faktla bağlı araşdırma aparılır.
# 530
avatar

Oxşar yazılar