Azərbaycanda son 20 ilin rekord istisi qeydə alındı
25 iyun 2019 12:17 (UTC +04:00)

Azərbaycanda son 20 ilin rekord istisi qeydə alındı

"Dünən Azərbaycanda 37 dərəcə isti qeydə alınıb. Bu, son 20 ildə iyun ayı üçün rekord göstəricidir".
 
APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.
 
Nazir bildirib ki, 2009-cu ilin iyun ayında 36 dərəcə isti qeydə alınıb.
M. Babayev iyun ayında Azərbaycanda 37 dərəcə istinin qeydə alınmasını iqlim dəyişikliyinin təzahürü kimi qiymətləndirib.
 
O vurğulayıb ki, son 30 ildə Azərbaycanda havanın orta temperatur göstəricisi 1.4 dərəcə artıb.
# 572
avatar

Oxşar yazılar