Silahlı insident törədən şəxsin istintaqı başa çatıb
24 iyun 2019 18:59 (UTC +04:00)

Silahlı insident törədən şəxsin istintaqı başa çatıb

Bakıda silahlı insident törətməkdə təqsirləndirilən Rafət Nərimanovun barəsində aparılan istintaq başa çatıb.
 
APA-nın məlumatına görə, R.Nərimanovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
 
Cinayət işi hakim Əlövsət Abbasovun icraatına verilib, məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə iyunun 8-də Yasamal rayonu ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində baş verib.  Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib.
 
Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
 
R.Nərimanov könüllü olaraq Yasamal RPİ 28-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “BPO-208” markalı tüfəngi təhvil verib.
# 519
avatar

Oxşar yazılar