Vaqif Dərgahlı təltif edildi
24 iyun 2019 18:20 (UTC +04:00)

Vaqif Dərgahlı təltif edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
APA-nın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu təltif edilib.
 
Təltif olunan hərbi qulluqçuların arasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının da adı var.
 
Prezident V.Dərgahlını “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.
# 1004
avatar

Oxşar yazılar