İranda SEPAH-la terrorçular atışdı: ölən var
24 iyun 2019 18:17 (UTC +04:00)

İranda SEPAH-la terrorçular atışdı: ölən var

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri  ilə terrorçular arasında  atışma baş verib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Şeyidüş-Şühəda Qərargahının mətbuat xidmətinin yayımladığı bəyanatda deyilir.
 
Atışma İranın Qərbi Azərbaycan vilayətinin Çaldıran bölgəsində baş verib.
 
Nəticədə bir terrorçu öldürülüb, 2 nəfər yaralanıb, daha 1 nəfər həbs olunub.
 
Atışmanın hansı terror qruplaşması ilə baş verdiyi açıqlanmır.
# 706
avatar

Oxşar yazılar